İstənilən vaxt
ŞƏXSİ ASSİSTENTİNİZDƏN peşəkar dəstək

FAQ
SİM kart
İnternet
Tariflər
Ödənişlər
Dəstək
Applikasiyalar
SİM kart

SİM kart

Business nömrəsini necə əldə etmək olar?

  • Əgər şirkətiniz bizim korporativ tərəfdaşımızdırsa, şirkətinizin kuratoruna yaxınlaşmalısınız.
  • Dövlət qulluqçususunuzsa, şəxsiyyət vəsiqənizlə və xidməti vəsiqənizlə birlikdə bizim Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşmalısınız.
  • Business nömrəsini, sadəcə şəxsiyyət vəsiqəsi gətirərək (fərdi abunəçi kimi) əldə etmək istəyirsinizsə Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşa bilərsiniz ki, burada sizə tariflərdən biri təklif olunacaq.

Korporativ müştəri olmaq və şirkətlər üçün Business nömrələrini əldə etmək üçün nə etmək lazımdır?

Bunun üçün bir sıra sənədlər təqdim etmək lazımdır:
  • Şirkətin Nizamnaməsinin surəti (təşkilatın orijinalla eyni möhürü ilə birlikdə)
  • Hüquqi şəxsin qeydiyyatdan keçdiyini təsdiq edən və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti
  • Vergilər Nazirliyi tərəfindən vergi ödəyən şəxsə identifikasiya nömrəsinin verilməsi haqqında VÖEN xəbərdarlığı (təşkilatın möhürlü və ‘əsli ilə eyni olan’ surəti)
  • Təşkilatın rəhbərinin vəzifəyə keçməsi haqqında əmrin ((Əmr № 1) surəti şirkətə aid blankda və təşkilatın möhürü ilə.))
  • Təşkilat rəhbərinin pasportunun surəti
  • Bank rekvizitləri
İnternet

İnternet

Business abunəçiləri internet paketlərindən istifadə edə bilərlərmi?

Business abunəçiləri istənilən Bakcell İnternet paketini əldə edə bilərlər.

Tariflər

Tariflər

Business öz abunəçilərinə hansı tarifləri təklif edir?

  • Korporativ abunəçilər öz şirkətləri tərəfindən təklif edilən tariflər haqqında ətraflı məlumatı öz kuratorlarından əldə edə bilərlər.
  • Fərdi abunəçilər belə məlumatı əldə etmək üçün Xidmət Mərkəzlərimizdən birinə yaxınlaşa bilərlər.
Ödənişlər

Ödənişlər

Business nömrəsinin balansını necə artırmaq olar?

Siz nömrənizin balansını ödəniş kartını yükləməklə, bankomat vasitəsilə və ya internetdə ödəniş etməklə artıra bilərsiniz.

Dəstək

Dəstək

Business abunəçiləri Bakcell şirkəti ilə necə əlaqə yarada bilərlər?

  • 555 qısa nömrəsinə zəng etməklə. Business abunəçiləri üçün zəng pulsuzdur.
  • 0124988989 şəhər nömrəsinə zəng etməklə.
  • Abunəçi rouminqdədirsə və yaxud digər operatorların nömrəsindən istifadə edirsə, 0550000555 nömrəsinə zəng etməklə.
  • Bakcell şirkətinin Xidmət Mərkəzlərindən birinə yaxınlaşmaqla.
  • business@bakcell.com elektron ünvanına məktub göndərməklə.
  • Öz müraciətinizi SMS vasitəsilə 555 nömrəsinə göndərməklə. Bir SMS-in qiyməti 0,25 AZN-dir.
Applikasiyalar

Applikasiyalar

Ulduzum applikasiyası

Bu pulsuz applikasiya ilə bütün Bakcell abunəçiləri 170-dən çox Ulduzum partnyorlarının bir çox imtiyazlarından və dəyərli xidmətlərindən faydalana bilər.

Rouminq applikasiyası

Bakcell Rouminq applikasiyası Sizi bütün xarici səfərlərinizdə ən etibarlı mobil xidmətlə təmin edəcək və bununla da Siz Bakcell Rouminq applikasiyasının istifadəsindən maksimal sürətdə faydalanacaqsız.

BİZƏ YAZIN:
BİZƏ ZƏNG EDİN: