Bakcell şirkəti beynəlxalq zənglər üçün vahid qiymət tarifi tətbiq edir. İstənilən xarici ölkəyə zəng edərkən bütün Bakcell abunəçiləri ən sərfəli qiymətlərlə danışacaqlar.

- Qiymətə ƏDV daxildir. Zəngin tarifikasiyası 60 saniyədir.
- Peyk telefonlarının və premium operatorların nömrələri istisna edilir (Inmarsat, INTL Networks və digər bu qəbildən olan nömrələrə zəngləri 3.50 AZN/dəq. təşkil edir). Siyahı ilə daha ətraflı tanış olmaq üçün faylları yükləyin.
- Business tarifinin korporativ nömrələrinə sahib olan abunəçilər öz kuratorlarına müraciət etməlidir.
Qeyd
* İstənilən xarici ölkəyə zəngin 1 dəqiqəsinin qiyməti Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli, 6 nömrəli qərarı ilə müəyyən olunur.